Суббота, 04.05.2024, 18:22
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 7 » Lənkəranda baş verən qəzada üç avtomobil yararsız hala düşüb
19:21
Lənkəranda baş verən qəzada üç avtomobil yararsız hala düşüb


Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 19 yaşlı Lənkəran şəhər sakini Hüseyn Hüseynzadənin idarə etdiyi "VAZ-2107” markalı, 90 NC 407 dövlət nömrə nişanlı avtomobil qarşısında gedən eyni markalı 42 BA 223 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.
Toqquşmadan sonra bu avtomaşınların arxasınca gələn "VAZ-21014” markalı, 90 LO 073 dövlət nömrə nişanlı digər avtomobil də idarəetməni itirərək Hüseyn Hüseynzadənin idarə etdiyi avtomaşına dəyib. Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisləri gələrək baxış keçiriblər və avtoekspertiza təyin edilib. Sürücülər isə alkoqol testindən keçirilmək üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
Просмотров: 255 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031