Пятница, 26.04.2024, 23:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 5 » Lənkəranda bağlı qapı arxasında köməksiz qalmış 2 yaşlı qız xilas edilib
16:17
Lənkəranda bağlı qapı arxasında köməksiz qalmış 2 yaşlı qız xilas edilib

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün saat 15.00 radələrində Lənkəran şəhərinin Nizami küçəsi, 91 ünvanında yerləşən yaşayış binasının mənzillərinin birində azyaşlı qız uşağı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.  APA-nın cənub bürosunun məlumatına görə, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri dərhal sözü gedən ünvana gəliblər. Xilasedicilər 5-ci mərtəbədə yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə binanın dam örtüyündən enərək daxil olublar. Onlar 2 yaşlı  Məryəm Çingiz qızı Kamalovanı xilas edərək valideynlərinə təhvil veriblər.

Qeyd edək ki, uşağın vəziyyəti normaldır, onun səhhətində hər hansı bir problem yoxdur.  

Просмотров: 259 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728