Вторник, 07.05.2024, 13:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 3 » Lənkəranda “Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda zona seminar-müşavirəsi keçirilib
16:53
Lənkəranda “Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda zona seminar-müşavirəsi keçirilib


Respublika Auditorlar Palatası və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün Lənkəran şəhərində "Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması” mövzusunda zona seminar-müşavirəsi keçirilib.   APA-nın Cənub bürosunun məlumatına görə, regiondakı bələdiyyələrin rəhbərlərinin və müvafiq icra strukturlarının nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açıb. Respublika Auditorlar Palatasının sədri Vahid Novruzov isə çıxışında seminarın təşkilində əsas məqsədin bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması sahəsində peşəkar müzakirələr aparmaq, bu sahədə mövcud problemləri təhlil etmək, bu problemlərin həlli üzrə əməli təkliflər irəli sürmək və maarifləndirmə mexanizmlərini müəyyən etməkdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, audit təkcə yoxlayıcı, nəzarətedici yox, eləcə də bələdiyyələrə vergi uçotunun aparılması, biznes-planların tərtib edilməsi, bələdiyyə əmlakının qiymətləndirilməsi məsələlərində köməklik göstərən qurumdur. 

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə isə çıxışında yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin demokratik cəmiyyətin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayıb. Natiq bələdiyyələrə cəmiyyətin marağının artırılmasında maarifləndirmə işinin düzgün təşkilinin, qarşılıqlı münasibətlərin tənzimlənməsinin, bələdiyyələrin hüquqi təminatının yüksəldilməsinin əhəmiyyətini, maliyyə-təsərrüfat işlərinin düzgün qurulmasında audit xidmətlərinin keyfiyyətli keçirilməsinin rolunu xüsusi qeyd edib.

Tədbirdə, həmçinin "Regionda sosial-iqtisadi inkişafın uğurlu nəticələri, müasir şəraitdə”, "Prezident İlham Əliyevin iqtisadi siyasətində şəffaflıq amili və bələdiyyə orqanları tərəfindən qanunvericilik aktlarına riayət olunmasının mövcud vəziyyəti”, "Bələdiyyələrdə auditin keyfiyyətinin yüksəldilməsi”, "Lənkəranın sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu”, "Bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması və neqativ halların qarşısının alınması”, "Bələdiyyə vergiləri və uçot sistemi, bələdiyyələrdə auditin aparılmasına dair proqramın tətbiqi əsasları” mövzusunda maarifləndirici məruzələr dinlənilib. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Просмотров: 235 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031