Суббота, 04.05.2024, 13:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 18 » Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin xatirəsi anılıb
12:56
Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin xatirəsi anılıb



Martın 17-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyan Lənkəran şəhər mədəniyyət və istirahət parkında onun xatirəsi anılıb. APA-nın Cənub bürosunun məlumatına görə, yerli ictimaiyyət nümayəndələrinin, məktəblilərin qatıldığı tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev Əsgər Əliyevin qısa və mənalı ömür yolu barədə danışıb.
Digər çıxış edənlər də Əsgər kimi oğulların şərəfli həyatının bu günkü gənc nəsil üçün örnək olduğunu qeyd ediblər. Mərasimdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şerlər səslənib.
Sonda qəhrəmanın atası Ələkbər Əliyev oğlunun xatirəsini əziz tutduqları üçün tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəranın Ləj kəndində doğulub. 1982-1992-ci illərdə orta təhsil alıb. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsinin tələbəsi olub. 1995-ci il martın 17-də Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev 4 yaralını xilas edərkən aldığı ikinci güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ə.Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Просмотров: 276 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031