Вторник, 07.05.2024, 07:07
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 26 » Lənkəranda avtomobildə yanğın baş verib
20:06
Lənkəranda avtomobildə yanğın baş verib



Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda minik maşınında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəssindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə oktyabrın 26-da saat 11.15 radələrində Ələt-Astara magistralının Göyşaban kəndi ərazisində qeydə alınıb.  Lənkəranın Girdəni kənd sakini, 1991-ci il təvəllüdlü Nizami Sərdar oğlu Xəlilovun idarə etdiyi "VAZ-2103” markalı, 22 BB 381 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən onun mühərrik hissəsində qəfildən yanğın baş verib.  İdarəetməni itirən sürücü özünü maşından yerə atmağa macal tapıb. Maşın isə maneəyə dəyəyərək dayanıb. Hadisə yerinə çağırılan yanğınsöndürən briqadanın səyləri nəticəsində avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Xoşbəxtlikdən sürücü xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

Просмотров: 243 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031