Понедельник, 06.05.2024, 23:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Октябрь » 15 » Lənkəranda avtomaşın ağaca çırpılıb
11:15
Lənkəranda avtomaşın ağaca çırpılıb


Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yol-nəqliyyat qəzası baş verib. Lənkəran Rayon-Şəhər Polis Şöbəsindən (RŞPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.   Lənkəran rayon sakini, 27 yaşlı Elçin Quliyev idarə etdiyi "KİA” markalı avtomobillə hərəkətdə olarkən, Lənkəran rayon sakini, 43 yaşlı Ağalar Məmmədovun idarə etdiyi "Mercedes” markalı avtomaşınla toqquşub. Güclü zərbə nəticəsində "KİA” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Avtomaşın yararsız hala düşsə də, xoşbəxtçilikdən sürücü və sərnişin heç bir xəsarət almayıb.

Hadisə yerinə gələn yol polisi əməkdaşları qəzaya "KİA” markalı avtomaşının ötmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğunu deyiblər. 

Faktla bağlı araşdırma aparılır.
 
Просмотров: 281 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Октябрь 2012  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031