Понедельник, 29.04.2024, 01:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 11 » Lənkəranda antisanitar vəziyyətdə məhsul istehsal edən sexin fəaliyyəti dayandırılıb
16:50
Lənkəranda antisanitar vəziyyətdə məhsul istehsal edən sexin fəaliyyəti dayandırılıb
 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsi Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində sahibkar İlham Şabala oğlu Nurəliyevə məxsus jeleli marmelad sexində reyd keçirib.  

APA-nın Cənub bürosunun məlumatına görə, reyd zamanı sexdə antisanitariya vəziyyətinin hökm sürdüyü, İstehsal edilən məhsulların saxlanılması şəraitinin normalara cavab vermədiyi aşkarlanıb.

Məlum olub ki, malların etiketlərində markalanma tam getməyib, xammal və istehsal olunan məhsulların normativ texniki sənədləri, gigiyenik uyğunluq sertifikatları yoxdur. Bütün bu nöqsanlara görə sexin sahibinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsi tərəfindən iradnamə-tələbnamə təqdim edilməklə müəssisənin bağlanması, hazır məhsulun satışının qadağan olunması barədə qərar çıxarılıb.
Просмотров: 241 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031