Четверг, 25.04.2024, 06:55
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 4 » Lənkəranda ana doğuş zamanı ölüb
16:14
Lənkəranda ana doğuş zamanı ölüb
 
Lənkəran. Ağəddin Babayev -APA. Lənkəran rayonunda 29 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum şöbəsində qeydə alınıb.

 

Ciftin tam ayrılması, hemoragik şok və 34-35 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya daxil olan Cəlilabad rayonunun Alar kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimə Şahəli qızı Nuriyeva dərhal əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı olunan qadının 3,7 kiloqramlıq oğlan uşağı dünyaya gəlib. Doğuşdan dərhal sonra R.Nuriyevanın təzyiqi aşağı düşüb, qanaxma baş verib.

 

Həkimlərin səylərinə baxmayaraq ananın həyatını xilas etmək mümkün olmayıb.

R.Nuriyevanın meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

 

İlkin versiya olaraq qadının ölümünə kəskin qanaxmanın və ya ağciyər arteriyasının tromboemboliyasının səbəb olduğu bildirilir. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Просмотров: 271 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728