Вторник, 07.05.2024, 07:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 13 » Lənkəranda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var
16:30
Lənkəranda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var


Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. 
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, hadisə avqustun 12-də saat 18.30 radələrində Ələt-Astara magistral yolunun 191-ci kilometrliyində-rayonun Ürgə kəndindən keçən hissəsində qeydə alınıb.   Lənkəran şəhər sakini, 21 yaşlı Yasər Yaşar oğlu Hüseynzadənin idarə etdiyi "VAZ-21054” markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn Masallı rayonunun Kolatan kənd sakini, 46 yaşlı İlham Xəlil oğlu Murtuzayevin idarə etdiyi "VAZ-21074” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki maşın tamamilə sıradan çıxıb. Sürücülərlə sərnişinlər isə deformasiyaya uğramış avtomobillərdən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Qəza nəticəsində "VAZ-21074" markalı maşında olan sərnişin, Masallı rayonunun Kolatan kənd sakini, 50 yaşlı Nəzər Səmənd oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Həmin maşının sürücüsü İlham Murtuzayev isə ağır vəziyyətdə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlərin səyi nəticəsiz qalıb. Sürücü az sonra xəstəxanada dünyasını dəyişib. Həmin avtomobilin daha bir sərnişini, Masallının Kolatan kənd sakini, 56 yaşlı Fikrət Cankişi oğlu Qəmbərov və "VAZ-21054” markalı avtomaşının sürücüsü Yasər Hüseynzadə də ağır xəsarətlərlə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı DİN BDYPİ-nin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Просмотров: 262 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031