Понедельник, 29.04.2024, 04:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 31 » Lənkəranda 9 günvurma faktı qeydə alınıb
08:47
Lənkəranda 9 günvurma faktı qeydə alınıb


Yay mövsümü başlayandan bəri Lənkəranda 9 günvurma hadisəsi qeydə alınıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Məmmədbağır Axundov verib. Onun sözlərinə görə, günvurma hadisəsi barədə məlumat stansiyaya iyunun sonlarında və iyulun ikinci ongünlüyü ərzində daxil olub. Hər iki halda müraciət edən 9 nəfər xəstəyə müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.  Baş həkim isti hava şəraiti ilə əlaqədar rəhbərlik etdiyi qurum tərəfindən əhali arasında maarifləndirici tədbirlərin gücləndirildiyini qeyd edib:”Ya mən, ya da stansiyanın digər həkimləri günvurmanın fəsadları, isti havada davranış qaydaları barədə tez-tez yerli televiziya qarşısına çıxaraq tamaşaçıları məlumatlandırırıq”.

     M.Axundov  bu illə müqayisədə keçən ilin yay fəslində rayon üzrə 23 günvurma hadisəsinin qeydə alındığını bildirib:”Günvurmaya əsasən kiçik yaşlı uşaqlar və ahıl insanlar daha tez məruz qalırlar”.

Просмотров: 215 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031