Воскресенье, 05.05.2024, 21:04
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 14 » Lənkəranda 76 yaşlı qadın yanaraq ölüb
08:57
Lənkəranda 76 yaşlı qadın yanaraq ölüb


Ötən gün Lənkəranda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, yanğın şəhərin Anar Mahmudov küçəsi, 104 unvanında yerləşən və 20 ildən bəri fəaliyyət göstərməyən mebel fabrikinin həyətindəki köhnə fin tipli gözətçi məntəqəsində qeydə alınıb.


Hadisə zamanı fabrikin gözətçisi Mirmahmud Mircavad oğlu Həsənov və onun həyat yoldaşı, 1935-ci il təvəllüdlü Rəfiqə Həsən qızı Ələkbərova ümumi sahəsi 50 kv. metrlik 4 otaqlı mənzilin içərisində olublar.

M. Həsənov yanğından qaça bilsə də, onun həyat yoldaşı, 76 yaşlı Rəfiqə Ələkbərova içəridə yanıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi yanğını söndürub. Onlar R. Ələkbərovanın cəsədini evdən çıxarıblar.

Ilkin ehtimala görə, yanğına mənzildəki odun sobasından düşən qığılcım səbəb olub.

Fakla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930