Четверг, 28.03.2024, 20:48
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Декабрь » 31 » Lənkəranda 3 il əvvəl yanmış meyiti tapılan qadını qonşularının öldürdüyü məlum olub
15:02
Lənkəranda 3 il əvvəl yanmış meyiti tapılan qadını qonşularının öldürdüyü məlum olub

Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın 2013-cü il may ayının 15-də evində sobanın üstündə yanmış meyiti tapılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilib.

 

Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Просмотров: 202 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2016  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031