Пятница, 29.03.2024, 15:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 5 » Lənkəranda 23 yaşlı gənc bıçaqlanıb
18:58
Lənkəranda 23 yaşlı gənc bıçaqlanıb

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 23 yaşlı Elmar Şamil oğlu Quliyev naməlum şəraitdə bıçaqlanıb. Kürək nahiyəsindən və qarın boşluğundan 3 bıçaq zərbəsi alan yaralı ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan E. Quliyevin vəziyyəti ağır olaraq qalır.

 

Hələlik heç kim saxlanılmayıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törətmiş şəxsin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.

Просмотров: 219 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728