Воскресенье, 28.04.2024, 14:40
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Декабрь » 9 » Lənkəranda 16 gün əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb
08:58
Lənkəranda 16 gün əvvəl itkin düşmüş şəxsin meyiti tapılıb

 

Lənkəran. Ağəddin Babayev –APA. Lənkəranda itkin düşmüş şəxsin meyiti tapılıb. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Vilvan kənd sakini İlqar Əlizaman oğlu Hüseynov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, 1953-cü il təvəllüdlü Əlizaman Hacıbaba oğlu Hüseynovun noyabr ayının 21-də saat 16.00 radələrində yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

 

Həyata keçirilən axtarışlar nəhayət bu gün faydasını verib. İtkin düşmüş Ə. Hüseynovun meyiti saat 17.00 radələrində yerli sakinlər tərəfindən kəndin yaxınlığındakı çayda aşkarlanıb.

 

Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanları məlumatlandırılıb. Hazırda 61 yaşlı kişinin ölüm səbəbi araşdırılır.

Просмотров: 209 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2014  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031