Понедельник, 06.05.2024, 04:00
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 12 » Lənkərana bir gündə aylıq normanın 73 faiz miqdarında yağıntı düşüb
10:08
Lənkərana bir gündə aylıq normanın 73 faiz miqdarında yağıntı düşüb


Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 11-də Azərbaycanın Lənkəran rayonunda leysan xarakterli yağış çaylarda sululuğun səviyyəsinin artmasına səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, ötən gün rayona 123 mm miqdarında yağıntı düşüb ki, bud a aylıq normanın 73 faizini təşkil edir.   Çaylarda sel təhlükəsi qeydə alınmasa da, sululuğun səviyyəsinin qalxdığı müşahidə olunub. Belə ki, Lənkərançayda suyun səviyyəsi gün ərzində 279 santimetr, Viləşçayda isə 220 santimetr artıb. 

Yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonunun Əşlə kəndində Lənkərançayının daşması nəticəsində çayı keçmək istəyən 1 nəfər kənd sakini köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri həmin şəxsi kəndir vasitəsilə çaydan çıxarıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya HissəsindənAPA-nın yerli bürosuna sentyabrın 13-dək havanın qeyri-sabit keçəcəyi bildirilib.
 

Просмотров: 266 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930