Суббота, 27.04.2024, 10:11
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 1 » Lənkəran və Lerik rayonlarının ucqar yaşayış məntəqələri ilə avtomobil əlaqəsi kəsilib
15:45
Lənkəran və Lerik rayonlarının ucqar yaşayış məntəqələri ilə avtomobil əlaqəsi kəsilib


Azərbaycanın cənub bölgəsinin ucqar yaşayış məntəqələrinə yağan güclü qar əhalinin rayon mərkəzinə gediş-gəlişində çətinliklərə səbəb olub.


Lerik rayon sakinlərinin APA-nın cənub bürosuna verdikləri məlumata görə, ötən ayın əvvəllərində bu dağlıq yaşayış məntəqəsinə yağan güclü qar indiyəcən ərimədiyindən yollarda nəqliyyatın hərəkəti çətinləşib.
Gecələr 14-15 dərəcəyədək şaxta olur. Gün çıxmadığından buz bağlamış yollarla hərəkət etmək mümkünsüz olub.
Mövcud problem qonşu Lənkəran rayonunun dağlıq Türkəncil kəndində də yaşanmaqdadır. Kənd sakinlərinin nəqliyyatla əsas gediş-gəlişi Lənkəran rayonunun Osakücə kəndindən olsa da, yollar buz bağladığından bu marşrutla hərəkət etmək təhlükəyə çevrilib. Odur ki, sakinlər 6-7 kilometrlik yolu piyada qət edərək, Lənkəran-Lerik şosesinə çıxmaqla rayon mərkəzinə getməli olurlar. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Günəhir ərazi vahidliyi üzrə nümayəndəsi Rüstəm Cəfərov APA-nın yerli bürosuna yerli əhalinin Lerik rayonunun ərazisindən keçən alternativ yoldan istifadə etməsinin müvəqqəti xarakter daşıdığını, Günəhir-Türkəncil yolunda isə cari ilin yay aylarında təmir-tikinti işlərinin görülməsinin plana salındığını bildirib.
Просмотров: 262 | Добавил: apacenub | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829