Четверг, 28.03.2024, 12:53
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Апрель » 15 » Lənkəran Universitetinin tələbələri AVCİYA-nın petisiya layihəsinə qoşulub
19:31
Lənkəran Universitetinin tələbələri AVCİYA-nın petisiya layihəsinə qoşulub

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq aləmdə ifşa edilməsi ilə bağlı petisiya layihəsinin təqdimatı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan LDU-nun rektoru vəzifəsini icra edən professor Nizami Yusubov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhədyanı bölgələri sakinlərinin qəsdən sudan məhrum edilməsi” barədə qəbul etdiyi  qətnaməyə münasibət bildirərək ermənilərin çirkin niyyətlərindən danışıb.

AVCİYA-nın nümayəndəsi Bəxtiyar Məmmədli müzakirə edilən məsələ ilə bağlı çıxışında əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə görülən işlərdən, həyata keçirilən irimiqyaslı layihələrdən ətraflı söz açaraq, ekoloji mühitin qorunmasının və atmosferin çirkləndirilməsinin qarşısının alınmasının bu gün qarşıda duran əsas prioritet məsələlərdən biri olduğunu qeyd edib.

B.Məmmədli  qeyd edib ki, düşmənlərin millətimizin sağlamlığına zərbə vurmaq məqsədilə çaylara axıtdıqları kimyəvi tərkibli tullantılar, radioaktiv maddələr təkcə insanlara deyil, fauna və floramıza da ciddi ziyan vurur.

Tədbirdə çıxış edənlər Tərtər rayonu ərazisində yerləşən Sərsəng su anbarının düşmən işğalı nəticəsində 100 min hektarlarla sahənin suvarılmaması nəticəsində ölkə iqtisadiyyatına zərər vurduğunu bildiriblər.

Bildirilib ki, Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun ətrafında məskunlaşmış 400 min əhali üçün ciddi təhlükəyə səbəb olub. Əhalinin qəsdən sudan məhrum edilməsi beynəlxalq qanunlara ziddir.

LDU-nun tələbələri çıxışlarında düşmən tərəfindən Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarının mövcud durumunun fəlakətlə nəticələnəcəyini pisləyərək əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını tələb ediblər. Onlar AVCİYA-nın ABŞ prezidentinə etdiyi müraciətə qoşulduqlarını, Azərbaycanın haqq işini dəstəklədiklərini bildiriblər.

Səsvermədə LDU-nun ümumilikdə 1200-dən çox tələbəsi iştirak edib.

Просмотров: 288 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2016  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930