Четверг, 28.03.2024, 17:37
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Январь » 17 » Lənkəran teatrının truppası İrana yola düşüb
08:31
Lənkəran teatrının truppası İrana yola düşüb

Lənkəran. Ağəddin Babayev -APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası yanvarın 15-də qonşu İran İslam Respublikasına yola düşüb.  Bu barədə məlumatı APA-nın cənub bürosuna teatrın baş rejissoru Tural Mustafayev verib. Onun sözlərinə görə,  teatr İranda keçirilən 34-cü Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək. 

 

Lənkəran sənətçiləri festivalda iranlı rejissor Xeyrulla Təğiyanipurun quruluş verdiyi İran dramaturqu Bəhram Beyzayinin «İlan Sultan» tamaşası ilə qatılacaq.

 

T. Mustafayev bildirib ki, Fəcr festivalı bir növ səyyar festivaldır, tamaşalar ölkənin müxtəlif şəhərlərində göstərilir. «İlan Sultan» tamaşası iki dəfə Təbrizdə, bir dəfə isə Məşhəd şəhərində oynanılacaq. 
 

Tamaşada rolları əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Miraslan Ağayev, Əlibala Əsgərov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Qızılgül Quliyeva, Emin Feyzullayev, Emil Rzayev və Nizami Qurbanov oynayırlar.

Просмотров: 283 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2016  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031