Пятница, 19.04.2024, 07:46
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 2 » Lənkəran teatrının direktoru Tehranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalından qayıdıb
11:47
Lənkəran teatrının direktoru Tehranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalından qayıdıb

Lənkəran. Ağəddin Babayev – APA. Yanvarın 21-dən fevralın 1-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 33-cü Beynəlxalq Fəcr Teatr Festivalı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycandan həmin nüfuzlu sənət yarışmasında Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov  qonaq qismində iştirak edib.  Fəcr  Festivalının İranın mədəni həyatında böyük əhəmiyyət kəsb etdiyini bildirən T.Heydərov  Tehranda olduğu müddətdə bir sıra görüşlərə qatıldığını, Almaniya, Fransa, Polşa və Tehran teatrlarının tamaşalarını izlədiyini diqqətə çatdırıb:” Həmçinin Tehran teatr truppalarının məşqlərinə baxaraq, onların iş prosesləri ilə yaxından tanış oldum, truppa rəhbərləri, rejissor  və aktyorlarla görüşüb yaradıcılıq söhbətləri apardıq. Tehran şəhər teatrının, eləcə də digər teatrların maddi-texniki bazası ilə də yaxından tanış olmaq imkanı əldə etdim”.

T.Heydərovun sözlərinə görə, Tehranda olduğu müddətdə şəhər teatrının direktoru və Beynəlxalq Fəcr Festivalının təşkilat komitəsinin sədri Ərdəşir Salehpurla da görüşüb işgüzar söhbət edib. Sohbət zamanı Lənkəran Dövlət Dram Teatrı ilə Tehran Şəhər Teatrının qarşılıqlı şəkildə görə biləcəkləri işlər və həmçinin nəzərdə tutulan məsələlər əsas müzakirə mövzusuna çevrilib. Görüşdə son nəticə  kimi qarşılıqlı bir sıra layihələrin həyata keçirilməsi qərara alınıb: “Razılaşmaya əsasən Lənkəran Dövlət Dram Teatrının aktyor, rejissor və texniki heyətdən ibarət işçilərinin Tehran şəhər teatrının, eləcə də digər teatrların yaradıcılıq və texniki imkanları ilə yaxından  tanış olmaları üçün 3 günlük yaradıcılıq səfəri təşkil olunacaq, 2015-ci ilin iyul ayında Tehran şəhərində keçiriləcək Beynəlxalq adət-ənənə festivalında iştirak etmək üçün iranlı müəllifin əsərini iranlı rejissor tərəfindən Lənkəran Dövlət Dram Teatrının səhnəsində yerli aktyorlarımızın ifasında tamaşaya hazırlamaqla Festivaldan sonra həmin tamaşanın Tehran şəhərində 4 gün pullu oynanılması, Lənkəran teatrının hazırladığı M.F.Axundzadənin “Lənkəran xanın vəziri” komediyasının Tehran şəhərində oynanılması, həmçinin Tehran şəhər teatrının eyni adlı tamaşa ilə Lənkəran şəhərində çıxış etməsi layihələri də müzakirə etdiyimiz məsələlər sırasında idi”.

Просмотров: 372 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728