Суббота, 27.04.2024, 22:37
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Декабрь » 11 » Lənkəran teatrında yeni tamaşanın baxışı keçirilib
09:08
Lənkəran teatrında yeni tamaşanın baxışı keçirilib


Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Mirzə Fətəli Axundovun 200 illik yubileyi ilə əlaqədar onun tamaşaya qoyulmuş "Hekayəti-vəziri-xani-Lənkəran” ("Lənkəran xanının vəziri”) komediyasına baxış keçirilib.
APA-nın Cənub bürosunun məlumatına görə, teatrın direktoru İslam Həsənovun quruluş verdiyi tamaşada rolları aparıcı artistlər Allahverən Babayev, Eynəli Nurullayev, Qızılgül Quliyeva, Aynur Əhmədova, Zemfira Nəcəfova, Niftulla Əsgərov, Adil Zeynalov, Sucəddin Mirzəyev, Əlibala Əsgərov və digərləri oynayıblar. Yerli ictimaiyyətin və teatrsevərlərin maraqla qarşıladığı bu səhnə əsərinin məsləhətçisi əməkdar incəsənət xadimi Baba Rzayev, quruluşçu rəssamı Məmmədyar Cəfərovdur.
Просмотров: 262 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Декабрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031