Суббота, 04.05.2024, 19:00
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 29 » Lənkəran teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb
20:39
Lənkəran teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb


Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında türk yazarı Savaş Dişçelin qələmə aldığı "Yaşanmayan gənclik” əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. APA-nın Cənub bürosunun məlumatına görə, müasir gəncliyin üzləşdiyi problemlərdən, sevgi-məhəbbət macərasından bəhs edən tamaşanın quruluşçu rejissoru teatrın direktoru İslam Həsənov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşada əsas rollarda respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev, aparıcı artistlər Allahverən Babayev, Əlibala Əsgərov və digərləri çıxış edirlər.
Teatrda məşqlərinə başlanılan ikinci tamaşa bolqar yazıçısı Panço Pançyevin "Dörd əkiz haqqında nağıl” əsəri əsasında hazırlanır. Məktəbli tamaşaçılar üçün nəzərdə tutulmuş bu səhnə əsərinin quruluşçu rejissoru Adil Zeynalov, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada əsas rolları aktyorlardan Emin Fərzullayev, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Aynur Əhmədova, Səyyad Əliyev və başqaları canlandırırlar. Hər iki tamaşa aprelin ortalarında nümayiş etdiriləcək.
Просмотров: 272 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031