Среда, 01.05.2024, 14:44
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 20 » Lənkəran teatrında 20 Yanvar hadisələrindən bəhs edən yeni tamaşa oynanılıb
21:14
Lənkəran teatrında 20 Yanvar hadisələrindən bəhs edən yeni tamaşa oynanılıb
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1990-cı iliin 20 yanvar hadisələrindən bəhs edən “Tarixləşən yaddaşımız” adlı yeni tamaşaya baxış olub. APA-nın cənub bürosunun məlumatına görə, 25 il öncə Bakıda, Lənkəranda, Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlər səhnədə təsirli və inandırıcı boyalarla təsvir olunub. Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Aktyorlardan respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, Zemfira Nəcəfova, Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Emin Fərzullayev və digərləri 1990-cı ilin həmin qanlı-qadalı günlərində öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlı obrazlarını yaratmağa nail ola biliblər. Qeyd edək ki, özünün xeyriyyəçilik ənənəsinə sadiq qalan teatr bu dəfə də tamaşanı Milli Ordunun əsgər və zabitləri qarşısında oynayıb.
Просмотров: 305 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031