Суббота, 27.04.2024, 13:45
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Февраль » 12 » Lənkəran teatrı Bakıda iki tamaşa ilə çıxış edib
17:19
Lənkəran teatrı Bakıda iki tamaşa ilə çıxış edib


Fevralın 11-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda Aktyor evində iki tamaşa ilə çıxış edib. APA-nın Cənub bürosunun məlumatına görə, sənətsevərlərə əvvəlcə Maarif Məmmədovun "Sovqat” tamaşası təqdim olunub.
Rejissor Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində əsas rolları aktyorlardan Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Natiq Fərzəliyev və digərləri oynayıblar.
Teatrın bakılılara təqdim etdiyi ikinci tamaşa yazıçı-dramaturq Kamran Nəzirlinin "Şeytan işığı” tamaşası olub. Naxçıvan Dövlət Dram Teatrının baş rejissoru, respublikanın xalq artisti Kamran Quliyevin quruluş verdiyi bu səhnə əsərində əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, aparıcı artistlər Sucəddin Mirzəyev, Allahverən Babayev, Niftulla Əsgərov, Zemfira Nəcəfova və digərləri ifa ediblər.
Hər iki tamaşa sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb
Просмотров: 978 | Добавил: apacenub | Рейтинг: 3.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
272829