Воскресенье, 28.04.2024, 22:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 30 » Lənkəran sakininin becərdiyi 400 ədəd çətənə kolu aşkarlanıb
13:42
Lənkəran sakininin becərdiyi 400 ədəd çətənə kolu aşkarlanıb
 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin əkib – becərilməsi ilə məşğul olan şəxs yaxalanıb. Bu barədə məlumatıAPA-nın cənub bürosuna Lənkəran ŞRPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Qabil Tağıyev verib. Onun sözlərinə görə, şöbəyə daxil olan əməliyyat məlumatında göstərilib ki, bir nəfər şəxs rayondakı dağlıq meşə ərazisində çətənə kollarının əkib-becərilməsi ilə məşğuldur. Məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Siyobili kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunan 63 yaşlı Ağamir Şəfiyev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdə və evinin yaxınlığındakı tikiliyə baxış zamanı qurudulmuş və yaş halda narkotik vasitə olan çətənə kolları aşkar edilərək götürülüb. Araşdırmalardan məlum olub ki, A.Şəfiyev kəndin yaxınlığındakı dağda meşə massivində xüsusi düzəldilmiş yerlərdə aqrotexniki üsullarla narkotik xassəli bitkilərin əkilb-becərilməsi ilə məşğul olurmuş. Həmin əraziyə baxış keçirilərkən 400 ədəd, yaş halda ümumi çəkisi 89 kiloqram olan çətənə kolu aşkarlanaraq götürülüb. 

Əvvəllər də eyni əməlinə görə məhkumluq həyatı yaşayan A. Şəfiyev barəsində həbs-qəti imkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
Просмотров: 251 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031