Четверг, 25.04.2024, 20:28
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 7 » Lənkəran sakinini bıçaqlayan şəxs tutulub
17:17
Lənkəran sakinini bıçaqlayan şəxs tutulub

Lənkəranda bir neçə gün öncə baş vermiş cinayətin üstü açılıb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər – Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri sayəsində rayonun Göyşaban kənd sakini, 23 yaşlı Elmar Şamil oğlu Quliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən şəhər sakini Rövşən Axundzadə isti izlərlə yaxalanıb.

Qeyd edək ki, bıçaqlanma hadisəsi fevralın 5-də günorta saatlarında qeydə alınıb. Naməlum şəraitdə kürək nahiyəsindən və qarın boşluğundan 3 bıçaq zərbəsi alan Elmar Quliyev  ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş E.Quliyevin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 311 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728