Среда, 01.05.2024, 06:01
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 9 » Lənkəran sakinindən xeyli miqdarda narkotik götürülüb
16:40
Lənkəran sakinindən xeyli miqdarda narkotik götürülüb

Lənkəran. Ağəddin Babayev – APA. Xeyli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran rayon sakini yaxalanıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi Nizami Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Xaqani Novruzəli oğlu Qubadov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki düyü kisəsinin içərisindən 806,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 298,653 qram çəkidə tiryək, cibindən isə 1,7 qram çəkidə qurudulmuş marixuana maddəsi aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Hazırda polis X. Qubadovun narkotik vasitəni kimlərdən alması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Просмотров: 266 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031