Понедельник, 29.04.2024, 01:26
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 31 » Lənkəran şahmatçıları Rusiyadan möhtəşəm qələbə ilə qayıdıblar
14:44
Lənkəran şahmatçıları Rusiyadan möhtəşəm qələbə ilə qayıdıblar



İyulun 19-dan 29-a kimi  Rusiya Federasiyasının Yoroslavl şəhərində "Yoroslav Mudrıy” Beynəlxalq şahmat festivalı keçirilib. Bu mötəbər tədbirdə  Almaniya, Qazaxıstan, Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının 12 şəhər və rayonundan 117 şahmatçı bacarığını sınayıb.  

       Respublikamızı festivalda Lənkəran şəhər şahmat məktəbinin 7 yetirməsindən ibarət komanda təmsil edib. İsveçrə sistemi üzrə keçirilən yarışda 9 oyundan 7 xal toplayan Kənan Əhədzadə ümumi yarışda II yeri tutaraq festivalın gümüş medalına yiyələnib.

Yaş qrupları üzrə keçirilən yarışlarda da Lənkəran şahmatçıları fərqləniblər. Belə ki, 10 yaşadək şahmatçılar arasında Murad Rzayev II, 12 yaşadək Kənan Əhədzadə I, Orxan Kərimov II, 14 yaşadək Vüsal Həsənzadə II və Cəfərsadiq Ağazadə III nəticə göstərərək, festivalın medal, diplom və qiymətli hədiyyələri ilə təltif olunublar. Festivalda hakim qismində iştirak edən Lənkəran şəhər şahmat məktəbinin direktoru İdrak Dadaşov APA-nın yerli bürosuna yetirmələrinin nəticələrindən razı qaldığını bildirib. Onun sözlərinə görə, hazırda komanda avqust ayının ortalarında Rusiyanın Həştərxan şəhərində keçiriləcək beynəlxalq şahmat festivalına hazırlaşır. 

Просмотров: 254 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031