Понедельник, 06.05.2024, 16:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Январь » 5 » Lənkəran Şahmat Məktəbi “İlin ən yaxşı şahmat məktəbi” elan olunub
19:53
Lənkəran Şahmat Məktəbi “İlin ən yaxşı şahmat məktəbi” elan olunub


Respublika Təhsil Nazirliyində 2011-ci ilin yekunlarına həsr olunmuş ”İlin ən yaxşı idman məktəbləri” nominasiyası üzrə tədbir keşirilib.  Lənkəran Şahmat Məktəbinin direktoru İdrak Dadaşovun  APA-nın cənub bürosuna verdiyi məlumata görə, onun rəhbərlik etdiyi təhsil müəssisəsi "Respublika rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi” nomnasiyasının qalibi elan olunub. Tədbirdə həmçinin ”İlin ən yaxşı şahmatçısı” nominasiyasına Lənkəran Şahmat Məktəbinin uğurlarında xüsusi rolu olan şəhər 4 saylı humanitar təmayyüllü məktəb-liseyin şagirdi Cavidan Babazadə layiq görülüb.

İ.Dadaşovun sözlərinə görə,  Lənkəran Şahmat Məktəbi 2011-ci ildə müxtəlif respublika, beynəlxalq miqyaslı yarışlarda, Avropa və dünya birinciliklərində bir çox uğurlara imza atıb.

Belə ki, 28 yanvar-7 fevral 2011-ci il tarixində Rusiyanın Moskva şəhərində keçirilən

    "Moskva-OPEN-2011” beynəlxalq şahmat festivalında 15 yaşadək şahmatçılar

     arasında Cavidan Babazadə II yeri tutaraq Avropa birinciliyinə vəsiqə qazanıb.

              2011-ci il aprelin 29-dan mayın 9-a kimi Polşanın Krakov şəhərində məktəblilərin VII dünya çepionatında Cavidan Babazadə 9 oyundan  6 xal toplayaraq III-IV yerləri bölüşüb.

            9-20 iyun 2011-ci il tarixdə Bakı şəhərində 10 yaşadək şahmatçılarin Respublika  birinciliyinin finalında Kənan Əhədzadə III yeri tutaraq Avropa birinciliyinə vəsiqə qazanıb. 

           21-26 iyun 2011-ci il tarixdə Ukraynanın Mukaçevo şəhərində keçirilən III Beynəlxalq "Mukaçevo-2011” şahmat festivalında Cavidan Babazadə I yeri tutaraq festivalın diplom, kubok, medalına və pul mükafatına layiq görülüb.

            2011-ci ilin iyul ayında  İsmayıllı rayonunda Yeniyetmələrin Respublika Olimpiadasında Cavidan Babazadə  14 yaşadək şahmatçılar arasıda II, məsələ həlli üzrə I yeri tutub.

            2011-ci ilin avqust ayında  Rusiya Fedaradiyasının Həştrxan şəhərində "VI Həştərxan Beynəlxalq Şahmat Festivalında” A qrupunda Elnur Əliyev II, Cavidan Babazadə 16 yaşadək şahmatçılar arasında I yeri, sürətli şahmat birinciliyində də I yeri ,  Kənan Əhədzadə 10 yaşadək şahmatçılar arasında 1-ci və 9 yaşlı Murad Rzayev isə sürətli şahmat üzrə 3-cü nəticə göstərərək festivalın diplom,medal,kubok və pul mükafatını qazanıblar.

           11-19 oktyabr 2011-ci il tarixdə Türkiyənin Antaliya şəhərində məktəblilərin Avropa birinciliyində Cavidan Babazadə II yeri tutub.

          2011-ci il dekabrın 25-dən 2012-ci il yanvarın 1-dək İsveçrənin Cenevrə şəhərində  keçirilən XVIII Beynəlxalq şahmat festivalında Kənan  Əhədzadə yeniyetmələr arasında  I yeri tutaraq festivalın diplom , medal və pul mükafatına layiq görülüb.

Просмотров: 360 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031