Пятница, 03.05.2024, 09:46
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Август » 18 » Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
13:50
Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib



Lənkəran. Ağəddin Babayev – APA. Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, şəxsi heyətin, valideynlərin  və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Lənkəran Sərhəd Dəstəsinin komandiri, polkovnik-leytenant Elşən Mirzəyev Sərhəd Qoşunlarının yaranmasının 94 illiyi münasibəti ilə hamını təbrik etməklə, hərbi andın hər bir əsgərin həyatında əlamətdar və unudulmaz bir hadisə olduğunu bildirərək, onları Vətənin sərhədlərinin keşiyində ayıq-sayıq durmağa çağırıb. Dəstə komandiri çıxışında həmçinin Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, sərhəd qoşunlarının formalaşması və inkişafına göstərilən dövlət qayğısından da söz açıb.

Daha sonra gənc əsgərlərin hərbi anda gətirilməsi komandası verilib. Hərbi anda gətirilən əsgərlər hərbi andı qəbul edərək Vətənə sədaqət andı içiblər.

Andiçmə mərasimində çıxış edən valideynlər övladlarına komandirlərin əmrlərinə tabe olmağı, Vətənin keşiyində hər an sərvaxt dayanmağı tövsiyə ediblər.

Mərasimdə bir qrup zabit layiqli xidmətinə görə rütbələrlə, medallarla və fəxri fərmanlarla təltif olunublar. Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. 

Просмотров: 276 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2013  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031