Среда, 08.05.2024, 03:22
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 27 » Lənkəran şəhərindəki konserv zavodunda yanğın söndürülüb
18:45
Lənkəran şəhərindəki konserv zavodunda yanğın söndürülüb


Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində yerləşən konserv zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən konserv zavodunda yanğın olub.   Yanğın nəticəsində zavodun 350-400 kvadrat metr sahədə dam örtüyü və anbarın yanar konstruksiyaları, anbarda olan tara və plastik qablar yanıb. 

Zavodun inzibati binası, istehsalat sexləri və ətraf tikililər yanğından mühafizə olunub. Yanğın tam söndürülüb. 

Yanğının baş vermə səbəbləri araşdırılır. 

***

15.03

"Gilan Holding”in Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən Konserv Zavodunda güclü yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın cənub bürosuna verilən məlumata görə, yanğın bu gün saat 13.30 radələrində qeydə alınıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Hazırda yanğın davam edir. 

Məlumatlara görə, yanğın zavodun soyuducu anbarında başlayıb. 

Qonşu Astara və Masallı rayonlarından da hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
 
Просмотров: 235 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031