Воскресенье, 05.05.2024, 20:07
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 14 » Lənkəran rayonunda qonşu qonşuya səkkiz bıçaq vurub
10:14
Lənkəran rayonunda qonşu qonşuya səkkiz bıçaq vurub


Lənkəranda bıçaqlanma hadisəsi baş verib.


Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonunun Gərmətük qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 18 yaşlı Peyman Xanlar oğlu Vəlizadə şəxsi münaqişə zəminində qonşusu, 33 yaşlı Sadiq İltifat oğlu Bədəlovu bıçaqlayıb. Səkkiz bıçaq zərbəsi alan S. Bədəlov Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin araşdırmalardan məlum olub ki, qonşuların münaqişəsinə 2 il bundan əvvəl baş verən oğurluq hadisəsi səbəb olub. Belə ki, 2009-cu ilin noyabr ayının 29-da Peyman Vəlizadə Sadiq Bədəlovun evdə olmamasından istifadə edərək, onun tövləsindən 2 baş qoyununu oğurlayıb. Hadisədən 6 ay sonra isə oğurluğun Peyman tərəfindən törədildiyi sübuta yetirilib. Həmin vaxtdan qonşular arasında küsülülük gizli ədavətə çevrilib.

Bıçaqlanma hadisəsi baş verən günün axşamı Peyman Sadiqə zəng edərək ona sözü olduğunu və həyətdə gözlədiyini bildirib. Sadiq həyətə düşüb, 5 dəqiqə sonra onun qan içində küçədə uzandığını barədə xəbər gəlib. Bundan sonra qonşuların köməyi ilə yaralı təcili xəstəxanaya çatdırılıb.

Hadisəni araşdıran müstəntiqin bildirdiyinə görə, cinayəti törədən şəxs hadisə yerindən qaçaraq gizlənib. Onun istifadə etdiyi bıçaq maddi sübut kimi hadisə yerində tapılaraq götürülüb. Hazırda cinayəti törədən şəxsin tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Просмотров: 245 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930