Вторник, 07.05.2024, 11:12
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Август » 14 » Lənkəran Rayonlararası Narkoloji Xəstəxana üçün yeni binanın tikintisinə başlanıb
15:35
Lənkəran Rayonlararası Narkoloji Xəstəxana üçün yeni binanın tikintisinə başlanıb



Lənkərandakı rayonlararası narkoloji xəstəxana üçün yeni binanın tikintisinə başlanıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna xəstəxananın baş həkimi Vüqar Əliyev verib.  Onun sözlərinə görə, BMT-nin "Narkotiklərə yox deyək” devizi altında həyata keçirilən layihə çərçivəsində ayrılmış qrant əsasında tikilən 18 çarpayılıq xəstəxana ikimərtəbədən ibarət olacaq.  Burada aptek, ambulator,  həkim otaqları,  laboratoriya və s. yardımçı kabinetlər qurulacaq. Yeni şəfa ocağının gələn ilin əvvəlləri üçün istifadəyə veriləcəyini bildirən V.Əliyevin sözlərinə görə, hazırda xəstəxanada Lənkəran rayonu  üzrə 1372 nəfər xəstə qeydiyyatdadır. Bunlardan 842 nəfəri inyeksion narkotika istifadəçisidir. Qeydiyyatda duranlardan 47 nəfəri QİÇS xəstələri siyahısına daxildir. Baş həkim həmçinin bu ilin 8 ayı ərzində qeydiyyatda olan xəstələrdən üç nəfərinin  dozanı aşma səbəbindən dünyasını dəyişdiyini əlavə edib. 

Просмотров: 251 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2012  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031