Пятница, 10.05.2024, 04:27
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Февраль » 19 » Lənkəran-Lerik yolunda yenidən torpaq sürüşməsi baş verib
17:51
Lənkəran-Lerik yolunda yenidən torpaq sürüşməsi baş verib
 
Fevralın 17-dən başlayan intensiv yağışlar və qar Lənkəran-Lerik şosesində yenidən torpaq sürüşmələrinə səbəb olub. APA-nın cənub bürosunun məlumatına görə, sürüşmə və torpaq uçqunları yolun əsasən 17, 19, 29 və 30-cu kilometrliklərində qeydə alınıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb.

Hazırda Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası əraziyə nəzarət edərək, yola tökülmüş gil, torpaq qatını təmizləməklə məşğuldur. İdarənin rəisi Elxan Əliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, sözügedən ərazidə sürüşmələrə qarşı həyata keçirilən tədbirlər mütəmadi xarakter daşısa da, sürüşmələr stabilləşmir, əksinə, daha da aktivləşir. İdarə rəisi bunun başlıca səbəbini  yay fəslinin quraqlıq, payız və qış aylarının isə yağıntılı keçməsi ilə əlaqələndirib.

Mövcud çətinliklərə baxmayaraq, hazırda Lənkəran-Lerik şose yolunda nəqliyyat vasitələri sərbəst hərəkət edir. 

Просмотров: 241 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2015  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728