Понедельник, 29.04.2024, 09:07
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 7 » Lənkəran Dövlət Universitetində Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib
18:45
Lənkəran Dövlət Universitetində Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar elmi konfrans keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, LDU və Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq, ölməz ədibin yubileyi ilə bağlı görülmüş işlərdən danışıb.   Daha sonra LDU-nin dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi Mirhüseyn Abbas "M.F.Axundzadənin həyat və yaradıcılığı”, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı "M.F.Axundzadənin dini-fəlsəfi görüşləri”, tarix elmləri namizədi Əliağa Baxşıyev "M.F.Axundzadənin tarixi görüşləri”, baş müəllim Qabil Əmənüllayev "M.F.Axundzadənin dramaturgiyası”, Zülfiyyə Ağayeva "M.F.Axundzadə rus ədəbiyyatşünaslığında”, Yuxarı Nüvədi kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Ağabanu Məmmədova "M.F.Axundzadənin tərcüməçilik fəaliyyəti”, Boladi kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Yalçın Heydərov "M.F.Axundzadənin realist nəsri” , magistrant Vüsalə Axundova "M.F.Axundzadə yaradıcılığı Avropada” mövzusunda cıxış ediblər. 
Sonda tələbələrin ifasında ingilis dilində M.F.Axundzadənin "Hacı Qara” komediyasından parçalar nümayiş etdirilib.
  
Просмотров: 251 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031