Суббота, 04.05.2024, 19:09
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Январь » 16 » Lənkəran-Boradigah şosesində sahibsiz atlar təhlükəyə çevrilib
19:17
Lənkəran-Boradigah şosesində sahibsiz atlar təhlükəyə çevrilib



Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran-Boradigah şosesinin rayonun Separadi və Zövlə kəndlərindən keçən hissəsində sahibsiz atlar təhlükəyə çevrilib. Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, atlar onlara məxsus əkin sahələrini, sitrus və meyvə bağlarını dağıdıb məhv etməklə, xeyli ziyan vurublar. Bundan əlavə, atlar günün istənilən vaxtında yolna çıxaraq nəqliyyat vasitələri üçün qəza şəraiti yaradırlar.

 

Bir neçə gündür ki, ərazidəki sahibsiz atlar yırtıcıların hücumuna məruz qalıblar. Analoji hadisə ötən gecə də qeydə alınıb. Yırtıcı heyvanlar sahibsiz atlardan birini parçalayıblar. Yerli sakinlər bunun canavar tərəfindən törədildiyini bildirsələr də, Lənkəran Rayon Baytarlıq İdarəsinin sahə baytar həkimi Cəbi Şirəliyev məlumatı təkzib edib: "İlkin versiya kimi bu qənaətə gəlmək olar ki, at hansısa xəstəlik səbəbindən ölüb və itlər, yaxud da çaqqallar ölü cəmdəyi parçalayıblar”.

 

Yerli sakinlər və sürücülər əlaqədar qurumlardan sahibsiz atların ərazidən uzaqlaşdırılmasını istəyirlər. 

Просмотров: 217 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2014  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031