Суббота, 20.04.2024, 10:30
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2016 » Август » 8 » Keçmiş müstəntiq Rüfət Səfərovun məhkəməsi keçirilib
20:44
Keçmiş müstəntiq Rüfət Səfərovun məhkəməsi keçirilib

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində olan cinayət işi ilə bağlı məhkəmənin baxış iclası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktı oxuyub. Təqsirləndirilən Rüfət Səfərov ona qarşı irəli sürülmüş ittihamı rədd edib.

Daha sonra məhkəmə şahid ifadələri ilə davam etdirilib.

R.Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası sentyabrın 7-ə təyin olunub.

 

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
 

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.             
 

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Просмотров: 257 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2016  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031