Понедельник, 29.04.2024, 17:35
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2013 » Январь » 16 » Kanadanın Toronto Universitetinin nümayəndə heyəti Lənkəranda olub
20:10
Kanadanın Toronto Universitetinin nümayəndə heyəti Lənkəranda olub



Lənkəran. Ağəddin Babayev – APA. Kanadanın Toronto Universitetinin professoru Robert Austinin başçılıq etdiyi nümayəndə heyəti Lənkəranda olub. APA-nın cənub bürosunun xəbərinə görə, qonaqları öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib.

 

Lənkəranın tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verən icra başçısı, Toronto Universitetinin Azərbaycana bəxş etdiyi töhfələrdən və bu ali təhsil müəssisəsində hazırda 70 nəfərədək azərbaycanlı gəncin oxuduğunu, gələcəkdə onların yüksək biliyə malik olan mütəxəssislər kimi yetişəcəyinə əminliyini ifadə edib.

 

Toronto Universitetinin professoru Robert Austin isə öz növbəsində səmimi qəbul və qonaqpərvərlik üçün icra başçısına, bütün lənkəranlılara minnətdarlığını çatdırmaqla, bu diyarda qonaq olmaqdan, məşhur Lənkəran çayının ləzzətini dadmaqdan qürur duyduğunu söyləyib.

 

Qəbulda iştirak edən əslən Lənkəran rayonunun Boladi kəndindən olan Kanada-Azərbaycan Araşdırmalar İnstitutunun təsisçisi, Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov Azərbaycan təəssüratları haqqında iyirmi səhifəlik tezislər hazırlamağın nəzərdə tutulduğunu bildirib.

Просмотров: 276 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2013  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031