Воскресенье, 05.05.2024, 22:49
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 14 » Kamran Ağayev “Xəzər Lənkəran” klubu ilə müqaviləsinin müddətini artırıb
17:34
Kamran Ağayev “Xəzər Lənkəran” klubu ilə müqaviləsinin müddətini artırıb


Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev "Xəzər Lənkəran”la müqaviləsinin müddətini artırıb. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib.

25 yaşlı qapıçı bildirib ki, 2006-cı ildən şərəfini qoruduğu cənub təmsilçisi ilə cari mövsümün sonunda bitəcək anlaşmasının müddətini artırıb:
"6 aya ehtiyac yoxdur. Mən klubla anlaşmamı artırmışam, uzun müddətli müqaviləm var. Əslində, müqavilə elə-belə şeydir, əsas insanın verdiyi sözdür”.

Ağayevin sözlərinə görə, bu müddətdə xaricdə oynamaq variantı olsa, gedişinə imkan yaradılacaq: "Xaricdə oynamaq ehtimalım olmasa, burdayam. "Xəzər Lənkəran”la 2 illik müqaviləm var. Belə götürəndə, daha çoxdur, uzunmüddətlidir. Mən gələcəkdə xaricdə oynamaq istəyirəm və təklif alaramsa, klub gedişimə əngəl yaratmayacaq”.
Просмотров: 282 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930