Понедельник, 06.05.2024, 05:15
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Сентябрь » 10 » Kamran Ağayev "Xəzər Lənkəran"a qayıdır
16:29
Kamran Ağayev "Xəzər Lənkəran"a qayıdır


Yüksək vəzifəli şəxs Mübarız Mənsimovdan qapıçının kluba qaytarılması xahişini edib

Mübariz Mənsimovun tələbi: Kamran Ağayev klub rəhbərliyindən üzr istəməlidir 

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev yenidən "Xəzər Lənkəran"da forma geyinəcək. Avrofutbol.com-a daxil olan məlumata görə, transferə çıxarılan Kamran Ağayevin yenidən klubuna qaytarılması işınə yüksək vəzifəli və "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovla münasibətləri yaxşı olan şəxs qarışıb. Məlumata ğörə, "Palmalı" şırkətinin prezidenti Mübariz Mənsimov Türkiyənin Lənkəranda Fəxri Konsulluğunun açılışında iştirak etmək üçün Azərbaycanda olarkən sözügüdən şəxs Kamran Ağayevin kluba qaytarılması xahişini ondan edib. Mübariz Mənsimov Kamran Ağayevin klub rəhbərliyindən üzr istəyəcəyi təqdirdə, heç bir problem olmayacağını  bildirib. Və nəticədə millinin qapıçısının Lənkəran klubunda oynaması məsələsi böyük ölçüdə həllini tapıb.

Daxil olan məlumatda həmçinin bildirilir ki, sentyabrın 13-ü "Xəzər Lənkəran" komandasının futbolçusu Alim Qurbanovun toyu olacaq. Və Alim Qurbanovun toyunda Kamran Ağayevin klub rəhbərliyindən üzr istəyəcəyi gözlənilir. Gözlənilir ki, cənub klubunun sentyabrın 15-də "Neftçi" ilə keçiriləcək qarşılaşmasında qapını gənc Orxan Sadıqlı deyil, Kamran Ağayev qoruyacaq.  

Yeri gəlmişkən,  Kamran Ağayevin klubsuz qalması AFFA rəhbərliyinin, eləcədə millimizin baş məşqçisi Berti Foqtsun da narahatlığına səbəb olmuşdu. Onların israrlı xahiş və tələblərinə baxmayaraq "Xəzər Lənkəran" rəhbərliyi Kamran Ağayevi əsas heyətə geri qaytarmamamışdı. Kamran Ağayevin adı klubun PFL-ə təqdim etdiyi sifariş ərızəsinə salınsa da, klub rəsmiləri dəri əlcək sahibinin yalnız klubun əvəzedicilərin heyətində oynayacağını bildirirdilər.

Qeyd edək ki, Kamran Ağayev klubu tərəfindən yayda transferə çıxarılsa da, transfer qiymətinin baha olması səbəbindən qapıçı başqa komandaya keçə bilmədi. 

Просмотров: 272 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2012  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930