Понедельник, 29.04.2024, 00:14
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 12 » Kamran Ağayev: Bu sevinci sözlə demək olmur
15:11
Kamran Ağayev: Bu sevinci sözlə demək olmur


"Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi

- Komandanız avrokuboklarda ilk qələbəsini qazanmaqla, mərhələ keçdi. "Xəzər Lənkəran”da uzun müddət çıxış etdiyinizi nəzərə alsaq, buna ən çox sevinənlərdən biri siz olmalısınız...   
- Elədir. Təbii, bu qələbəyə çox sevinirəm. Düzdür, "Xəzər Lənkəran”ın bütün avrokubok oyunlarında iştirak etməmişəm. Ancaq 2006-cı ildən komandada çıxış etdiyimi nəzərə alsaq, bu uğuru çoxdan gözləyirdim. Ona görə də bu qələbə bizim üçün adi deyil. Azarkeşlərimiz neçə illərdir bizdən bunu gözləyirdilər. Ancaq onların qələbə istəyini reallaşdıra bilmirdik. Şükürlər olsun, bu dəfə istəyimizə çatdıq. Bu sevinci sözlə demək olmur, gərək onu yaşayasan. 

- "Nomme Kalyu” üzərində qələbəni evdə yox, səfərdə qazandınız... 
- Əslində, biz evdə də qalib gələ bilərdik. Ancaq buraxdığımız səhvlərdən buna nail ola bilmədik. Ancaq həyat davam edir və inamımız böyükdür. "Lex”i gözləyirik.

- İlk oyunda 2:0 hesabı ilə qalib gələn "Lex”i Qazaxıstanın "Jetısu” klubu ilə bugünkü səfər matçında daha şanslı sayırsınız? 
- Hərənin öz fikir var. Ancaq mən özlüyümdə real olaraq, "Lex”in mərhələ keçib, bizə rəqib olacağını düşünürəm.

- "Lex”lə birinci qarşılaşmanı yenə evdə keçirəcəyinizdən, güclü azarkeş dəstəyi altında qalib gəlib, səfərə sərfəli nəticə ilə yollanmalısınız... 
- Mən hələ Estoniya klubu ilə oyundan öncə azarkeşlərə müraciət edərək, onların dəstəyinə ehtiyacımızın olduğunu demişdim. Ancaq bəzi azarkeşlərin hərəkətini düzgün saymıram. Təbii ki, bunu bütün azarkeşlərə aid etmirəm. Bəziləri artıq 15-17-ci dəqiqədə tribunalardan getdiyinin şahidi oldum. Məgər artıq oyunun əvvəlində belə etmək olar? Həmin anda hesab 1:1 idi, qarşıda hələ çox vaxt vardı. Futbol elədir ki, oyunun taleyini 2 dəqiqəyə də dəyişmək olar. Azarkeşlərimizi iyulun 19-da Lənkərandakı oyuna dəvət edirəm və onların dəstəyinə ehtiyacımız var.

- "Lex”lə hələ 2008-ci ildən oynadığınızdan, sizə yaxşı tanışdır. Onda hər 2 matçda uduzmuşdunuz... 
- Mən həmin oyunlarda zədəli olduğumdan, meydana çıxmamışdım. Ancaq komandada olduğumdan, "Lex”in oyununu görmüşəm, səviyyəsini bilirəm. Güclü komandadır, beynəlxalq təcrübəsi böyükdür. Hər dəfə avrokuboklarda oynayır, Avroliqada qrup mərhələsində çıxış edib. Çoxları deyir ki, "Xəzər Lənkəran” inkişaf edir. Yox, məsələyə belə yanaşmayaq. "Xəzər Lənkəran” bu müddətdə inkişaf edibsə, "Lex” də inkişaf edib. Bu gün tək Azərbaycan yox, bütün Avropa inkişaf edir. 

- Polşa təmsilçisini keçəcəyinizə inanırsız? 
- İnanmasaydım, bu sənətlə məşğul olmazdım. Gücümüzə inanırıq. Ancaq nəticə qazanmaq üçün tək bir nəfər yox, bütün hamı çalışmalıdır. Allahın köməyi ilə istəyimizə çatarıq.

- Son günlərdə yenidən "Tottenhem”ə keçidiniz, İngiltərəyə səfərinizlə bağlı söhbətlər atılıb. Bu haqda nə deyə bilərsiz? 
- Bu barədə danışmaq istəmirəm. Hələlik "Xəzər Lənkəran”ın futbolçusuyam və indi yalnız komandamın oyunlarını düşünürəm. 

Mehman SÜLEYMANOV 
Просмотров: 288 | Добавил: apacenub | Рейтинг: 4.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031