Воскресенье, 05.05.2024, 18:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Ноябрь » 1 » Kəbənin yeni örtüyü təqdim edilib
15:05
Kəbənin yeni örtüyü təqdim edilib

Məkkədə Kəbənin yeni örtüyü təntənəli şəkildə Bənişeybə qəbiləsinin görkəmli nümayəndələrinə təqdim edilib. Əvvəllər Türkiyə, Misir və Hindistanda hazırlanan Kəbə örtüyü bu dəfə Səudiyyə Ərəbistanında 70 nəfərlik xüsusi heyət tərəfindən hazırlanıb.

Kisvə fabrikində toxunan qara rəngli örtüyün altına əvvəlcə nazik astar tikilir, daha sonra örtüyün üzərinə qızıl saplarla ayələr həkk olunur. 1 il boyunca böyük səbr və diqqətlə hazırlanan Kəbə örtüyünün ərsəyə gəlməsində 550 kiloqram ağırlığında ipək parça, 120 kiloqram qızıl sapdan istifadə edilib.

Yeni Kəbə örtüyü köhnəsi altda qalmaq şərtilə, 4 parça şəklində 40 dəqiqə ərzində dəyişdiriləcək. Köhnə örtükdən kiçik hissələr Səudiyyə Ərəbtistanı kralı tərəfindən müqəddəs torpağa gələn dövlət adamlarına hədiyyə edilir.
Просмотров: 251 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930