Понедельник, 29.04.2024, 09:45
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Июль » 7 » İyulun 9-u Azərbaycan internetsiz qalacaq?
21:07
İyulun 9-u Azərbaycan internetsiz qalacaq?


ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) iyulun 9-da internetin fəaliyyətini dayandıracaq. Buna səbəb hakerlərin dünyada 570 mindən çox kompüterə zərərli proqram yükləməsidir. Məlumata görə, FBI virusların iyulun 9-da fəaliyyətə keçməsi ehtimalına qarşı DNS serverlərini söndürərək tədbir görəcək.
 Virus təhlükəsi aradan qaldırıldığı zaman isə serverlərin fəaliyyəti bərpa olunacaq.

Bunun Azərbaycana təsiri olacaqmı? Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkşiafı şöbəsinin müdiri İsfəndiyar Əliyev "Mərkəz”ə açıqlamasında bildirib ki, ABŞ Federal Təhqiqatlar Bürosunun bütün dünyada interneti dayandırmaq imkanı yoxdur. "Ola bilsin ki, onlar öz şəbəkələrinə aid serverləri söndürsünlər. Bu profilaktik tədbir lokal xarakter daşıyacaq”, – şöbə müdiri deyib.

İsfəndiyar Əliyevin sözlərinə görə, Azərbaycana internet bir neçə kanala daxil olur: "Biz əsasən Avropa və Rusiyadan alırıq. Amma onların özlərinin həm Amerika, həm də Asiya ilə bağlılıqları var. Yəni, internet bir şəbəkədir. Amma bu kanalların hər birinin alternativi var. Bir kanalda problem yaransa, dərhal digər kanallar işə salınır”.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Mərkəz”ə bildirib ki, Federal Təhqiqatlar Bürosunun gördüyü profilaktik tədbirin Azərbaycan üçün təhlükəsi yoxdur. "Eyni vaxtda bütün dünyada internetin dayandırılması mümkün deyil”, – mütəxəssis əlavə edib.
Просмотров: 225 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031