Четверг, 25.04.2024, 08:20
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 23 » İrandan narkotik gətirən şəxslər saxlanılıb
13:52
İrandan narkotik gətirən şəxslər saxlanılıb

İrandan narkotik vasitə gətirən şəxslər saxlanılıb. Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış əməliyyat tədbirləri Su Nəqliyyatında Polis İdarəsi və Lənkəran Xətt Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib. 

Mühərrikli qayığı idarə edən şəxs dənizin Astara rayonunun Kələdəhnə kəndi istiqamətində sahilə yaxınlaşıb və bir ədəd bağlama ataraq həmin ərazidən uzaqlaşıb.

Sahildə dayanan şəxs suya girərək həmin bağlamanı götürüb çıxarkən saxlanılıb və onun Astara şəhər sakini Rəşad Camalov olması müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə o, 4 ədəd ayrı-ayrı bükümlərdən ibarət narkotik vasitənin dənizə həmkəndlisi Tural Malıyev tərəfindən atıldığını, razılaşmaya əsasən həmin bağlamanı dənizdən çıxararaq Tural Malıyevə verməli olduğunu bildirib.

Tural Malıyevin saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər zamanı o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının qanuni tələblərinə tabe olyab və bıçaqla özünə xəsarət yetirib. 

Polis əməkdaşlarını hədələyən Malıyev sonradan zərərsizləşdirilib. Ətrafında aparılmış əməliyyat tədbirlərilə müəyyən edilib ki, içərisində narkotik vasitə - bir kiloqram 900 qram heron və 2 kiloqram 860 qram tiryək olan bağlamanı Tural Malıyev İran İslam Respublikasından Əli adlı şəxsdən əldə edib.

Fakt üzrə cinayət işi başlanılıb, Tural Malıyev və Rəşad Camalov şübhəli şəxs qismində saxlanılıb.

Просмотров: 250 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031