Воскресенье, 28.04.2024, 22:48
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 7 » İrandan Azərbaycana narkotik gətirən dəstə zərərsizləşdirilib
19:23
İrandan Azərbaycana narkotik gətirən dəstə zərərsizləşdirilib


Lənkəran. Ağəddin Babayev – APA. İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirərək onu satmağa cəhd göstərən dəstə zərərsizləşdirilib. Bu barədə məlumatı APA-nın Cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi, polis mayoru Rövşən Rəşidov verib.   Onun sözlərinə görə, Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 1981-ci il təvəllüdlü Zabil Əfləddin oğlu Həsənov, Lənkəran rayonunun Boladi kənd sakini, 1976-cı il təvəllüdlü Eldəniz Ələkbər oğlu Nəsirov və onun həmkəndlisi, 1986-cı il təvəllüdlü Elvin Həsəndadaş oğlu Quliyevdən ibarət dəstənin İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirdiyi külli miqdarda narkotik vasitəni – 2 kq tiryək və 4 kq həşişi satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 206 və 234-cü maddələrinə müvafiq olaraq Lənkəran ŞRPŞ-də istintaq aparılır.
 
Просмотров: 248 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930