Воскресенье, 28.04.2024, 23:18
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Ноябрь » 19 » İrandan Azərbaycana mədəsində tiryək keçirən şəxs yaxalanıb
13:53
İrandan Azərbaycana mədəsində tiryək keçirən şəxs yaxalanıb


Lənkəran. Ağəddin Babayev – APA. İran İslam Respublikasından Azərbaycana mədəsində narkotik vasitə olan tiryək keçirmiş Lənkəran şəhər sakini yaxalanıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməliyyat işləri üzrə rəis müavini Qabil Tağıyev verib. Onun sözlərinə görə,  polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü  Rafəddin Abbasov şübhəli şəxs qismində saxlanılıb. Şöbədə dindirilmə zamanı məlum olub ki, R. Abbasov İrandan Azərbaycana mədəsində 4 bükümdən ibarət narkotik vasitə olan tiryək keçirib. Narkotik vasitə saxlanılan şəxsin daxili orqanlarından  həkimin müdaxiləsi ilə çıxarılıb. 4 bükümdə olmaqla tiryəkin ümumi çəkisi 27 qram təşkil edib.

Qeyd edək ki, Rafəddin Abbasov əvvəllər də dörd dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.4 madəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Просмотров: 206 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930