Суббота, 04.05.2024, 09:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 15 » İrandan Azərbaycana 15 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb
17:34
İrandan Azərbaycana 15 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb


İrandan qaçaqmal yolu ilə Azərbaycana külli miqdarda narkotik vasitə keçirməyə cəhdin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə şəxsiyyətləri hələlik istintaqa məlum olmayan bir qrup şəxsin cinayət əlaqəsinə girərək İranın Germi şəhərində yaşayan Mirhimayət Heydərinin tapşırığına əsasən külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirib Cəlilabad rayonunun Yusublu kənd sakini Azər Həsənova təhvil verməsi müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə Azər Həsənovun yaşadığı evin həyətində torpağa basdırdığı 12,7 kiloqram həşiş və 2,1 kiloqram tiryək aşkarlanıb götürülüb. İlkin dindirmə zamanı, sonuncu, həmin narkotik vasitələri Mirhimayət Heydərinin göndərəcəyi şəxslərə təhvil verməli olduğunu və bunun müqabilində 2 min ABŞ dolları alacağını etiraf edib.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Azər Həsənov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayətkar dəstənin digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Просмотров: 211 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031