Воскресенье, 05.05.2024, 11:08
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Апрель » 30 » İran vətəndaşı gizlətdiyi 10 ədəd metadonu gömrükçülərə verib
21:39
İran vətəndaşı gizlətdiyi 10 ədəd metadonu gömrükçülərə verib
Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına kartof və kələm yükü gətirən İran vətəndaşı Malekzadeh Hemmat Narıman oğlunun idarə etdiyi "Scania” markalı 19A127-10/19A128-10 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməyib.
Lakin avtomobilin kabinində olan zaman avtomobili idarə edən Malekzadeh Hemmat Narıman oğlu ilə şifahi sorğu-sual zamanı onun üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib. Bu zaman o, əynində olan şalvarın arxa cibində saxladığı selofan paketdə olan, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixatrop maddələr”in II Siyahısına daxil olan 10 ədəd metadon adlı həbləri çıxararaq gömrük nəzarətinə təqdim edib.
Просмотров: 288 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930