Воскресенье, 05.05.2024, 10:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Апрель » 30 » İran-Azərbaycan sərhədində iki nəfərin bağırsağından narkotik çıxıb
21:18
İran-Azərbaycan sərhədində iki nəfərin bağırsağından narkotik çıxıb
Azərbaycanın İranla sərhəd keçid məntəqəsindən narkotik keçirmək istəyən şəxslər ifşa olunub. ANS PRESS-in Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bu, Astara Gömrük İdarəsində Dövlət Sərhəd Xidməti əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.
Azərbaycan vətəndaşı Əmirov İsrafil Rizvan oğlu piyada yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Sərnişin şöbəsində gömrük nəzarətindən keçib. Onun üzərində aparılan şəxsi yoxlama zamanı Əmirov İsrafil Rizvan oğlunun daxili orqanlarına həkim müayinəsi zərurəti yarandığı üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada həkim müayinəsi zamanı vətəndaş Əmirov İsrafil Rizvan oğlunun düz bağırsağından bir ədəd üst tərəfdən şəffaf rəngli polietilenə bükülmüş yumru formalı bükümdə olmaqla, ümumi çəkisi 26 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.
İkinci belə hal isə Biləsuvar rayonunda qeydə alınıb. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsindən daxil olmuş məlumat əsasında Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İrandan Azərbaycana piyada gələn AR vətəndaşı Əliyev Ənvər Əlibala oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Əliyev Ənvər Əlibala oğlunun düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş, yapışqanlı lentlə sarınaraq qırmızı rəngli rezin şarda qablaşdırılmış, bir ədəd uzunsov bükümdə xalis çəkisi 104,005 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Просмотров: 295 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Апрель 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930