Воскресенье, 05.05.2024, 16:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2014 » Февраль » 7 » İndoneziya mətbuatında Lənkəranla bağlı məqalə
15:42
İndoneziya mətbuatında Lənkəranla bağlı məqalə


APA-nın Cənub bürosu CTV-yə istinadən xəbər verir ki, xəbər xəttinin əməkdaşı 
Eyyub Məmmədovun "Azərbaycanın cənub rayonu Lənkəran inkişaf mərhələsində” adlı məqaləsi İndoneziyanın nüfuzlu "Medan” qəzetində dərc olunub. Qəzetdə Lənkəranın sosial-iqtisadi inkişafı ilə yanaşı, bölgədə yeganə televiziya olan Cənub Regional Televiziyasının uğurlarından da bəhs olunub. 

İndoneziyanın "Medan” qəzetində dərc olunan məqalədə Azərbaycanın cənubunda, İran İslam Respublikası ilə sərhəd zonada yerləşən Lənkəran rayonunun qədim tarixə malik olduğu vurğulanır. Şəhərin SSRİ dövründə cənub bölgəsinin digər rayonlarına nisbətən daha yaxşı inkişaf etdiyi və burada iri sənaye müəssisələrinin fəaliyyət göstərdiyi qeyd olunur. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin digər rayon və şəhərləri kimi Lənkəranda da sürətli abadlıq-quruculuq işlərinin böyük vüsət aldığı bildirilir. Məqalədə hazırda Lənkəranın öz inkişaf mərhələsini yaşadığını, burada 1 hava limanı, 1 dram teatrı, 1 televiziya, 1 universitet, 2 kollec, 1 futbol komandası və 80-dən çox orta məktəbin fəaliyyət göstərdiyi vurğulanıb. Həmçinin Lənkəranda gənclərin inkişafı üçün 2013-cü ildə gənclər mərkəzinin istifadəyə verildiyi qeyd edilib. İndoneziyanın "Medan” qəzetində dərc olunan məqalədə inzibati binası Lənkəranda yerləşən Cənub Regional Televiziyasının fəaliyyətindən də söz açılıb. Bildirilib ki, CTV, burada yaşayan əhalinin məlumatlandırılması üçün, onların problemlərinin efirdə ictimaiyyətə çatdırılması üçün önəmli rol oynayır. Televiziyada bir-birindən fərqli 20-dən çox telelayihənin nümayiş olunduğu və televiziyanın yayımının Azərbaycanın cənub bölgəsindən əlavə ətraf rayonları da əhatə etdiyi bildirilib. Qeyd edək ki, məqalənin müəllifi CTV-nin Xəbər Xətti informasiya proqramının əməkdaşıEyyub Məmmədovdur.
Просмотров: 243 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Февраль 2014  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
2425262728