Суббота, 04.05.2024, 21:16
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2012 » Март » 30 » İki körpəsini boğub öldürən Lerik sakininə 15 illik həbs cəzası verilib
19:24
İki körpəsini boğub öldürən Lerik sakininə 15 illik həbs cəzası verilib


Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini Əmrah Xıdır oğlu Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın Cənub bürosunun məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən iclasda dövlət ittihamçısı Azər Abbasov məhkəmədən təqsirləndirilən şəxsin ömürlük həbs cəzasına məhkum olunmasını istəyib. Ə.Süleymanovun vəkili Əbdülhəsən Əzimov isə müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. Qısa müşavirədən sonra Ə.Süleymanovun 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan olunub.


Qeyd edək ki, Lerik rayonunun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə.Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.7 və 120.2.9-cu) maddələri ilə cinayət işi açılıb.
Просмотров: 232 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Март 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031